2023-cü ildə Türkiyədə tətbiq olunacaq xalis minimum əmək haqqı 54,7% artaraq 8 min 506,8 TL (850 AZN) oldu.
Türkiyə Mərkəzi Bankı – FAİZ QƏRARINI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Ərdoğan zərurət yaranarsa, 2023-cü ildə bu məbləğə də yenidən baxıla biləcəyini bildirib.
Bununla yanaşı məlum olub ki, Türkiyədə biznes sektoru ilə həmkarlar arasında əmək haqqının məbləği ilə bağlı razılaşma əldə etmək mümkün olmayıb. Həmkarlar təşkilatı minimum əmək haqqının 9 min lirə olmasını, biznes sektoru isə 7 785 lirə olmasını tələb edib.
Ərdoğan açıqlamasında bildiib ki: «təəssüf ki, işçilər və işəgötürənlər ortaq bir məsələdə razılığa gələ bilmədilər. Tərəflər arasında ağlabatan bir nöqtəyə gəlmək üçün səmimi səy göstərdik. Mən istərdim ki, işçilər bölməsi də işçilər arasında olsun. Gözlənilməz bir mənzərə ilə qarşılaşsaq, bu il olduğu kimi bir ara tənzimləmə etmək istərdik».
Türkiyədə minimum əmək haqqının ictimaiyyətdə daha çox gündəmə gəlməsinin əsas səbəblərindən biri işçilər arasında minimum əmək haqqı alan işçilərin payının yüksək olmasıdır. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) və DİSK-AR-ın məlumatlarına görə, Türkiyədə işçilərin 50%-i minimum əmək haqqı alır.