Türkiyədə işsizlik göstəriiləri açıqlanıb. FED.az Türkiyə Statistika xəbər verir ki, yanvar ayınnı yekunlanına görə, ölkədə işsizlik 14,7%-ə yüksəlib.
Türkiyə daxilində 15 yaş və daha yuxarı olan adamlar arasında işsizlərin sayı 2019-ci ilin yanvar dövründə keçən ilin eyni dövrünə görə 1 milyon 259 min adam artaraq 4 milyon 668 min olub.
İşsizliyin 14,7%-lik göstəricisi 10 il ərzində ən yüksək səviyyədir. Ekspenrtlər bu göstəricinin 14,6% olacağını gözləyirdilər.
Qeyri-kənd təsərrüfatı işsizlik səviyyəsi 4,1% artaraq 16,8% səviyyəsinə yüksəlib.
Gənc əhali (15-24 yaş) arasında işsizlik səviyyəsi 6,8% artaraq 26,7%-ə çatıb ki, bu da 1988-ci ildən bəri ən yüksək göstəricidir.