Türkiyə Statistika İdarəsinin məlumatına görə 2020-ci ilin ilk ayındaTürkiyədə işsizlik azalıb.
Eləcə də bax: Türkiyədə büdcə kəsiri - REKORD HƏDDƏ ÇATIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkə ərazisində cari ilin yanvarda işsizlərin ötən ilin analoji dövrü ilə müqayisədə 306 min nəfər azalmaqla 4 milyon 362 min nəfər olub. Bu azalma ilə işsizliyin faizi 0,9% bənd azalmaqla 13,8%-ə düşüb. Kənd təsərrüfatı üzrə isə 1,1% bəndi azalışla işsizlik 15,7%-də qərarlaşıb.