Açıq havada bəlli bir iştirakçı sayı ilə toyların keçirilməsi ehtimalı var.
Eləcə də bax: Operativ Qərargahdan toylarla bağlı - Açıqlama
FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. Onun sözlərinə görə, hətta böyük şadlıq saraylarının 25 faizini tutmaqla və bəlli limit saat tətbiq etməklə bu tədbiri keçirmək mümükündür:
"Ancaq yenə də bu tədbirlərin keçirilməsi üçün hökümət əmin olmalıdır ki, insanlar toylarda bir-biri ilə yaxın təmasda olmayacaq. Onlar qoyulan qaydalara riayət etməsə, əksi olar, yoluxma artar, yenidən erpidemioloji vəziyyət gərginləşər.
Qərarların nə olacağı və nə vaxt tətbiq ediləcəyini bilmirik, amma bir gün toy mövsümləri açılacaq. Bu qərar veriləcək və bu halda hər bir insan əvvəlkindən qat-qat tədbirli olmaq kimi bir məsuliyyət daşımalıdır". (Trend)