Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.
Gələn il əmək qabiliyyətli əhali üçün yaşayış minimumu - AÇIQLANIB
FED.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanuna işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.