Azərbaycanın yeganə lotereya operatoru olan «Azərlotereya»da iyun ayında müxtəlif məbləğlərdə ümumilikdə 170 min manatlıq «cek-pot» udulub.
FED,az xəbər verir ki, ən böyük məbləğ 11 iyunda 6/40 lotereyasında udulub. HƏmin vaxt 103 114 manata kimi böyümüş «cek-pot» məbləğini 3 bilet udub – hər biletin sahibi 34 371 manat əldə edib.
24 iyunda isə “5/36” lotereyasında 55 539 manatlıq «cek-pot», «Yeni Binqo» lotereyasında isə 4000 manat udulub.
Qeyd eək ki, iri uduşlar aprel və may aylarında da qeydə alınıb.
Mayın 4-də "5/36" lotereyasında 126 368 manatlıq, aprelin 25-də isə “Klassik loto” tirajlı lotereyasında 112 000 manatlıq “Meqa Pot” udulub.