“Toy və digər kütləvi tədbirlərin, bu tipli məclislərin keçirilməsi iyun ayında da nəzərdə tutulmur”.
FED.az-ın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda 10 nəfərin kütləvi toplanması qadağandır, bunun real epidemioloji səbəbləri var: “İyun ayında vətəndaşlarımıza bunu tövsiyə etmirik”.