Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov işindən ayrılıb.
Pərviz Sədrəddinov Kapital Bank-dan Dövlət Xidmətinə - TƏYİNAT ALDI
FED.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bundan sonra Vamiq Nəsirov əmək fəaliyyətini Dövlət Məşğulluq Agentliyində davam etdirəcək. O, Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan Vamiq Nəsirov 2007-ci ildən "Xəzər TV"-də “Xəbərlər”, “Xəzər aktual” verilişinin eləcə də, "Gündəm", "32-ci gün", "Tarixdə o gün", “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. Vamiq Nəsirov "Zirvəyə doğru" və "Sadiq dost" sənədli filmlərinin müəllifidir. O, 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.
Vamiq Nəsirov 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən televiziya və radionun inkişafında ximətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.