Suriya Maliyyə Nazirliyi fövqəladə tədbir olaraq nazirliklərin inzibati strukturunun yenidən qurulmasını başa vurduqdan sonra gələn ay dövlət sektoru işçilərinin maaşlarını 400% artırmaq qərarına gəlib.
Suriya Mərkəzi Bankından banklardakı pullarla bağlı açıqlama
FED.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Maaş artımları mövcud hökumət resursları, həmçinin regional yardım, investisiyalar və Suriyanın xaricdəki aktivlərinin dondurulması səyləri hesabına maliyyələşdiriləcək.
Hakimiyyət bunun üçün təxminən 127 milyon dollar xərcləməyi planlaşdırır. (Report)