Suraxanı rayonundakı evlərdən birində neft sızması aşkar edilib.
FED.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Suraxanı Oil" Əməliyyat Şirkətindən bildirilib.
Qeyd olunub ki, sakinlərin müraciəti əsasında hadisə yerinə baxış keçirilib: "Məlum olub ki, evin altında az miqdarda neft sızması müşahidə olunur. Neft sızması aşkarlanan fərdi ev neft buruqlarından kənarda yerləşir. Müşahidələr zamanı məlum olub ki, evin altından bir müddət neft sızması baş versə də, sonradan bu, adi su axması ilə əvəz olunub. Artıq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin mühəndisləri hadisə yerinə cəlb edilib, ərazidən nümunələr götürülərək analizə göndərilib".
Araşdırmalar davam etdirilir.