Eyni markalı, eyni çəkidə olan eyni növ məhsullar müxtəlif supermarketlərdə fərqli qiymətlərə satılır.
Səbəb
Supermarketlər şəbəkələrindən FED.az-a verilən məlumata görə bunun əsas səbəbi həmin marketin yerləşdiyi ünvandan asılıdır.
FED.az olaraq bir neçə supermarketdən gündəlik lazım olan qida və ehtiyac məhsullarının qiymətlərini öyrəndik.
Müqayisəli qiymət...
Belə ki, qablaşdırılmış Siyəzən toyuqlarının 1 kiloqramının qiyməti Araz marketdə 3,79, Bolmart marketdə isə 3,90 manata, “Atena” qatıqlarının 900 qramı Araz və Bolmart marketlərində 1,85 manata, “Meçta” mayonezlərinin 950 qramı Araz marketdə 2,99, Bolmartda 3,10 manata, “Bonduelle” markalı yaşıl noxudun 720 qramı Araz marketdə 2,89, Bolmartda 3 manata, “Pampers” uşaq bezinin Araz marketdəki qiyməti 17,89, Bolmartda 17,95 manata satılır.
Qeyd edək ki, Araz və Bolmart supermarketlər şəbəkələrinin marketinq əməkdaşları sorğumuzu gecikdirmədən, operativ şəkildə cavablandırdılar.
Kataloqumuz yoxdur – Rahat market
Əlavə edək ki, qiymətlərini öyrənmək üçün Neptun və Rahat marketlər şəbəkələri ilə də əlaqə saxladıq.
Rahat marketdən bildirdilər ki, hər bir supermarketdə qiymətlər fərqli olduğu üçün bu supermarket artıq uzun müddətdir ki, qiymət kataloqu dərc etmir. Neptun supermarket isə müxtəlif bəhalərlə sorğudan yayınaraq informasiya verməkdən boyun qaçırdı.
Supermarketlərdəki fərqli qiymətlərin səbəbi - SİYAHI
13:03
28 Noy 2017