Çıraqov Elnur Vaqif oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
AZCON-da üç departamentə direktor təyin edilib
FED.az xəbər verir ki, Prezident İlham Əliyev mayın 13-də bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Elnur Çıraqov 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.