Yasamal rayon İcra Hakimiyyəti Bakının “Sovetski” adlanan ərazisindən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrasını davam etdirir.
ELƏCƏ DƏ BAX: Şəxsi mənzilləri zəbt edən köçkünlər həmin evlərdən çıxarılacaq
Razılaşma əldə olunması mümkün olmayan 96 nəfər daşınmaz əmlak sahiblərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunub, lakin sonradan 24 əmlak sahibi ilə razılıq əldə olunduğu üçün iddia tələbləri geri götürülüb. Məhkəmə tərəfindən 16 nəfər əmlak sahibinə qarşı iddia tələbi təmin olunub, 56 ünvanla bağlı məhkəmə prosesləri davam etdirilir. 160 ünvanda tikililər sökülərək ərazi təmizlənib, 496 ünvanda boşaldılmış tikililər qismən sökülüb.