“Ünvanlı dövlət sosial yardımı üçün əməkhaqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa, acından ölər. O necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bu insanlara çatacağı ciddi şübhə altındadır”.
Sahibkarların və şirkətlərin işçilərə görə DSMF xərcini - DÖVLƏT ÖDƏYƏCƏK – AZƏRBAYCANDA İLK DƏFƏ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri deputat Razı Nurullayev Milli Məclisdə çıxışı zamanı deyib.
O qeyd edib ki, burada bir neçə incə məqam var: “Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır. Səbəb ehtiyacı olanın yalançı arayış almaq imkanının olmaması, o birilərinin isə dost-tanışdan arayış ala bilməsidir. Kasıbın ətrafı və dost-tanışı da olmur axı, cənab hökumət nümayəndələri. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyir. Çıxış yolu, müraciət edən ailə haqqında müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışdır. Daha adına torpaq var, keçən əsrin 70-ci illərindən qalma avtomobil var kimi məsələlər gündəmdən gərək çıxsın. İcra hakimiyyəti orqanının yerlərdəki nümayəndələri hər bir kəsi fərdi olaraq tanıyır və hər biri canlı arxivdir”.