2021-ci il oktyabrın 1-i vəziyyətinə 52.5 min aztəminatlı ailənin 225.8 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 61.78 manat təşkil etmişdir.
Eləcə də bax: Ünvanlı dövlət sosial yardımının məbləği - ARTIRLIR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, rəsmi statistikaya görə, rayonlar üzrə 1 nəfərə düşən ən çox sosial yardım məbləği Qobustandadır. Bu rayonda aylıq ünvanlı dövlət sosial yardımın məbləği 66 manat 72 qəpik təşkil edir. Qobustandan sonra ən yüksək orta aylıq dövlət sosial yardımı Biləsuvar rayonunda verilib. Bu rayonda orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 66 manat 16 qəpik olub.
Biləsuvar rayonundan sonra ən yüksək sosial yardımın verildiyi şəhər və rayonlar arasında Şəmkir rayonu (64.98 manat), Abşeron rayonu (64.81 manat), Tovuz rayonu (64.70 manat), Oğuz (64.21 manat) ilk sıralarda yer alıblar.
Sosial yardım alanlara verilən ən aşağı məbləğ Naxçıvan Muxtar Respublikasında (43.15 manat) qeydə alınıb.