Dövlət Programında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-cı ilin sonunadək sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşıcəyi, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətinin artacağı gözlənilir. Eləcə də müntəzəm həyata keçirilən profilaktik reabilitasiya və reabilitasiya tədbirləri stasionar sosial xidmətə ehtiyacı olan şəxslərin sayının azalmasına imkan verəcək.
FED.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Sədr deyib ki, yeni Dövlət Programı ilə sosial xidmət sahəsinda elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi, sosial xidmət infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi və s. nəzərdə tutulur.
"Məlumat üçün bildirim ki, sosial xidmat infrastrukturunun genişləndirilməsi istiqamətində aparılan işlərə uyğun olaraq növbəti mərhələdə Sabunçu, Suraxanı ve Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrin açılması nəzərdə tutulur. Bununla yanaşı Agentlik tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər uçün 4 yeni sosial xidmət mərkəzi də yaradılacaq. Bu mərkəzlərin Bakının Yasamal rayonunda, həmçinin Hacıqabul, Göyçay və Ağdamda yaradılması nəzərdə tutulur.
Vaxın vaxtlarda istifadəyə veriləcək bu yeni ixtisaslaşmış sosial xidmət mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Bu mərkəzlərdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılacaq. Bu müəssisələrdə göstərilən xidmətlər şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin edəcək" - deyə sədr bildirib.