Milli Məclis sığortaolunanların sığortaçıda uçotunun yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılmasını ilk oxunuşda qəbul edib.
Bu ildən özəl sektorda çalışan fiziki şəxslər nə qədər sosial sığorta haqqı ödəyəcək? - YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Hazırda sığortaedənlər muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edərkən sosial sığorta nömrəsi (SSN) və FİN məlumatların hər ikisini daxil etməklə əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur.
Bu səbəbdən sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bununla sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin ediləcək, eləcə də qurumlar arasında məlumat mübadiləsi asanlaşdırılaraq e-sistemlərin inteqrasiyası sürətlənəcək.
Bildirilib ki, layihənin qəbulu ilə sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.
Qeyd edək ki, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.











