Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri tərkibində sosial sığorta daxilolmalarında bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 10,1 % və ya 286,2 mln. manat artım qeydə alınıb.
Eləcə də bax: Parlament DSMF-nin gələn il üzrə büdcəsini - QƏBUL EDİB
Fonddan FED.az-a verilən məlumata görə, həmin dövrdə sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5%, büdcə təşkilatları üzrə 4,4% artıb.
Xatırladaq ki, bu ilin 10 ayında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5% və ya 380 mln. manat artaraq 4 372 mln. manat, xərcləri 3,7% və ya 146 mln. manat artaraq 4 054 mln. manat təşkil edib. Fondun xərclərinin 97%-i əhaliyə ödənişlərdən ibarət olub.