Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.
Eləcə də bax: DSMF-nin xərcləri - ARTIB
Dövlət Sosial Müdafiə Fondundan FED.az-a verilən məlumata görə, fonda bu ilin ilk rübündə məcburi dövlət sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 mlrd. 46,7 mln. manat təşkil edib.
Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 mln., qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 mln. manat olub.