"Bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər olub. Bu ilin əvvəlində 14 növ müavinət, 7 növ prezident təqaüdü artırılıb".
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Eləcə də bax: Azərbaycanda pensiya və sosial müavinət təyinatı tam - ELEKTRONLAŞDIRILACAQ
Onun sözlərinə görə, əgər indiyədək sosial müavinətlərin maliyyə yükü 400 milyon manata yaxın idisə, növbəti ildən həmin məbləğ 800 milyon manata çatdırılacaq: "Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq mütəmadi tədbirlər həyata keçirilir".
Apa