Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı - PREZİDENTDƏN SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Nazirlər Kabineti 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.