2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların orta aylıq maaşı 977,2 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,7 manat (7,6%) çoxdur.
Bu sahədə dövlət sektorunda işləyənlərin maaşı son bir il ərzində 42,6 manat və ya 3,9% artaraq 1 126,6 manata çatıb.
Özəl sektorda çalışanların orta aylıq maaşı isə 94,3 manat (14,8%) azalaraq 543,8 manata yüksəlib.