2023-cü ildə nəqliyyat və anbar təsərrüfatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 1278 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə müqayisədə 153,7 manat və ya 13,7% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1124,3 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 1352,2 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 203,1 manat və ya 17,7% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 1 178,6 manat olub. Bu da illik müqayisədə 90 manat və ya 8,3% çoxdur.