Bu ilin ilk rübündə dəmiryolu işçilərinin sayında illik müqayisədə azalma müşahidə olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda bu sahədə çalışan işçilərin sayı 3 min 992 nəfər olub.
2023-cü ilin yanvar-mart ayları müqayisədə işçilərin sayında 613 nəfər və ya 13,3% azalma baş verib.
Bildirək ki, ötən ilin ilk rübündə dəmiryolu işçilərinin sayı 4 min 605 nəfər idi.