Artıq bir neçə gündür ki, marketlərdə çay sodası yoxdur. Qida əlavəsindən şirniyyat və un məmulatlarının bişirilməsində istifadə edən, eləcə də, bəzi müalicəvi prosedurlar məqsədilə qəbul edən insanlar bu məhsulun yoxa çıxmasından təşvişə düşüblər.
FED.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı araşdırma aparıb.
Çay sodası qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalarına kimi hər yerdə yoxa çıxıb.
Eləcə də bax: Azərbaycanda “fast food”ların sayı sürətlə artır - AÇIQLAMA