SOCAR-da çalışan əlillərin sayı açıqlanıb.
FED.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, hazırda SOCAR-ın müxtəlif strukturlarında 779 nəfər əlil çalışır, onlardan 153-ü Qarabağ müharibəsi qaziləridir.
“Əlilliyi olan insanların cəmiyyətdən təcrid olunmaması, onların bilik və bacarıqlarının işdə tətbiq edilməsi üçün SOCAR əlillərin şirkətimizdə çalışa bilməsi üçün imkan yaradıb”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, 1992-ci ildən etibarən BMT-nin qərarı ilə dekabrın 3-ü “Beynəlxalq əlillər günü” kimi qeyd olunur.
@apa