Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov sabahdan tətbiq ediləcək SMS-lə icazə almaq sisteminin gətirəcəyi yeniliklərdən danışıb.
Eləcə də bax: “İşə getmək icazəsi olanların digər hallar üçün SMS-ə ehtiyacları yoxdur”
FED.az xəbər verir ki, İ.Məmmədov Real Tv-yə müsahibəsində bildirib ki, qadağalar çox olanda ondan sui-istifadə halları da artır:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı bu məsələyə tam aydınlıq gətirir ki, qaydaları yozaraq ondan sui-istifadə olunmasın. Bu baxımdan, SMS-lə icazə almaq sistemi yersiz evdən çıxmağın qarşısını alacaq, polisin sui-istifadə etməsinin, vətəndaşı qanunsuz olaraq cərimə etməsinin qarşısını alacaq. Artıq polis vətəndaşı əsassız olaraq cərimə edə bilməz. Həmçinin, vətəndaş tərəfindən də polisə qarşı qərəzli, yersiz şikayətlər olmayacaq. Hər şey SMS icazə mexanizmləri ilə tənzimlənəcək".
Qafqazinfo