“SMS-icazəyə limit qoyulması ilə bağlı qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul olunmuş qərardır və yəqin ki, bunun müzakirəsi olacaq”.
Eləcə də bax: Sərt karantin rejimi daha - İKİ HƏFTƏLİK UZADILACAQ - VİDEO - CANLI YAYIM
FED.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:
“Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. Bizim məqsədimiz xəstəliyin yoluxma zəncirinin qırılmasıdır. Ona görə bu tədbirlər görülür”.