Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.
Eləcə də bax: 8103 SMS icazə sistemi ilə bağlı - DƏYİŞİKLİK EDİLİB
FED.az xəbər verir ki, bunu açıqlamasında ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirib.
Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.
Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.