FED.az xəbər verir ki, Sirab ASC işçi axtarır.
Vakansiya: Satış təmsilçisi
İş barədə məlumat
• Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul/xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq,
• Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq,
• Mövcud kampaniyaların həyata keçirilməsini təmin etmək,
• Məhsulların tənzimlənməsi və varlığının yoxlanması (ifşası)-nı təmin etmək,
• Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək,
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq,
• Yeni məhsulları tanıtmaq,
• Rəqib məhsul və kampaniyaları haqqında müdirə hesabat vermək,
• Müştərilərin problemlərini həll etmək, həll edə bilmədiklərini müdirə bildirərək həll etməyə çalışmaq,
• Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar)uyğun şəkildə istifadə edilməsini təmin etmək,
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək,
• Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.
Namizədə tələblər:
- Ali təhsilli,
- Yaş həddi 25-32
- Sürətli istehlak sektorunda (əsasən qida – içki) ən azı 1 il satış təcrübəsi olan,
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək,
- Komanda işinə maraq göstərən,
- Başlanğıc səviyyədə kompyuter biliyinə malik,
- Satış sahəsində kariyera qurmağı hədəf seçən,
- Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran,
- Planlaşdırma və problem həll etmə bacarığını inkişaf etdirmiş,
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı,
- Tənqidə açıq, şəffaf və bölüşgən,
- Məsuliyyət daşımaq və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmiş,
- Böyük və çox funksiyalı kollektivdə kollektiv üzvü, ya da kollektiv rəhbəri olaraq vəzifə yerinə yetirmiş olması üstünlükdür.
- Analitik-informasiya və strateji düşünmə qabiliyyəti olan,
- Gərgin iş tempinə uyğunlaşa bilən,
- B kateqoriyalı sürücülük vəsiqəsinə sahib, aktiv olaraq avtomobil idarə edə bilən və şəxsi avtomabili olan,
- Bakı şəhərində yaşayan,
- Kişi namizədlər üçün hərbi xidməti başa vurmuş,
İş qrafiki - Həftənin 6 günü saat 08:00-18:00. İstirahət günü Bazar günü
İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Əmək haqqı - 1000-1200 AZN
Uyğun namizədlərdən cvlərini mövzu yerinə satış təmsilçisi yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.