Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
ETSN-dən FED.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək.