Bəzi iş adamları zənginliyin atadan oğula keçdiyi düşüncəsini qırmağı bacarıb, yeni nəsilə ilham verən uğur hekayələrinin qəhramanı oldu.
Uşaqlıqda yatacaq yeri olmayan, yeməyə bir şey tapa bilməyənlər, ailəsinə kömək üçün bir neçə işdə birdən işləyən insanların bəziləri indi dünyanın ən zəngin iş adamları arasındadır.
Cəsarət və səylərinin qarşılığını alan 6 iş adamının ilham verən hekayələri:
1.Jan Koum
1976-cı ildə Ukraynada doğulub, 1992-ci ildə anası ilə ABŞ-a köçən Jan Koum,2014-cü ilin fevral ayında Facebook-un aldığı WhatsApp-ın qurucusu və CEO-sudur. ABŞ-da yoxsul həyat sürən Jan Koum, bir müddət təmizlikçi olaraq işləmişdir.
Yahoo-da proqramçı olaraq işə başladığı zaman Brian Acton-la tanış olmuş və onun dəstəyi ilə WhatsApp-ı yaratmışdır. İndi 7.9 milyard dollarlıq sərvəti ilə Amerikanın ən zəngin insanlarından biridir.
2.Leonardo Del Vecchio
Dolanışıq şərtlərinə görə, uşaqlığını uşaqevində keçirən İtaliyalı işadamı Leonardo Del Vecchio, iş həyatına eynək və avtomobil hissələri qəlibi istehsal edən bir zavodda işləyərək başladı. Burada bir barmağını itirən Del Vecchio, 23 yaşında öz zavodunu qurdu və indi Ray-Ban və Oakley kimi markalara qəlib istehsal edir.Leonardo Del Vecchio-nin sərvəti 19.1 milyard dollardır.
3.Ralph Lauren
Uğurlu iş adamı, dünyanın ən böyük moda nəhənglərindən Ralph Lauren,markasını yaratmadan əvvəl bir kişi geyim mağazasında satıcı işləyirdi. Belarusiyadan Amerikaya köçən Lauren, rəngli qalstukların istehsalçısı olaraq moda sektoruna daxil oldu. Birinci il hardasa 500 min dollar dəyərində qalstuk sattı. İndi sərvəti 8.2 milyard dollar olan iş adamının, avtomobil kolleksiyası da var.
4.Mark Cuban
Çox kiçik yaşlarda iş həyatına daxil olan, 1958 təvəllüdlü, Amerikalı milyarderMark Cuban, pul alış-satışı, mühafizəçi, ofisiant kimi işlərdə işlədi. Cuban, 1999-da 5.7 milyard dollara Yahoo-nun aldığı broadcast.com-un qurucusudur. Son zamanlar 2200 kvadrat metrlik malikanəsində vaxt keçirən Cuban, Dallas Mavericks adlı NBA yığmasının da sahibidir.
5.Do Won Chang və qızları
Dolanışığını təmin etmək üçün eyni vaxtda bir neçə yerdə işləyən Koreyalı sahibkar Do Won Chang, böyük bir cəsarətlə əlində olan hər şeyi sataraqForever21-i yaratdı. 1984-cü ildə həyat yoldaşı ilə birlikdə işlətməyə başladığı bir mağazaları var ikən, indi 400-dən çox şöbəyə sahibdirlər. Chang-ın sərvəti 5.5 milyard dollardır.
6.John Paul DeJoria
Əvvəllər evi olmadığı üçün maşında yatan John Paul DeJoria, kredit alaraq“John Paul Mitchell Systems” saç baxım məhsullarını yaratdı. İllərlə qapı-qapı gəzib məhsul satışı edərək markasını böyütdü və daha sonra Patron Tekilaşirkətini qurdu. İş adamının sərvəti 3.2 milyard dollardır.