Bu gün Azərbaycan parlamenti “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlar da şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum ödəyəcəklər.
Qeyd edək ki, mövcud qanunvericiləyə əsasən, şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsumlar: 10 gün müddətində 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində 35 manatdır. Amma 16 yaşına çatmayanlar üçün şəxsiyət vəsiqəsinə görə dövlət rüsumu şdənilmir.
Dəyişikliyə əsasən isə, 15 yaşı tamam olmayanlar da şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum ödəyəcəklər. Proses 10 gün müddətində başa çatanda 4 manat, 3 iş günü müddətində olduqda 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə isə 25 manat rüsum ödəniləcək. Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.