Banner

Sosial

“Sevimli Dad” brendinin sahibi kredit borcunu qaytara bilmir

“Sevimli Dad” brendinin sahibi kredit borcunu qaytara bilmir | FED.az
10:12 9 May 2019

“MilkPro” şirkəti “Aqrarkredit” QSC Bank Olmayan Kredti Təşkilatına (BOKT) olan 111 282,36 manat məbləğində kredit borcunu qaytara bilmir.

FED.az-ın əldə etdiyi məlumata əsasən, bununla əlaqədar olaraq BOKT 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə işə baxaraq “Milk-Pro”dan cəmi 111 282,36 manat (əsas borc 81 500,00 manat, faiz borcu 29 782,36 manat) məbləğində kredit borcunun “Aqrarkredit”in xeyrinə tutulmasını qət edib.

Xatırladaq ki, “MilkPro” MMC “SevimliDad” brendinin sahibidir.

Digər xəbərlər

Banner