Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman xüsusi təyinatlı ordu yaradıb.
“Haber7”nin məlumatına görə, məlumatı kral ailəsinə yaxın mənbə bildirib.
“Əl-Saif əl-Ajrab” adlı elit hərbçilər birliyi kralın Mühafizə Xidmətinin tərkibində fəaliyyət göstərəcək. Məlumata görə, 2017-ci ilin noyabrında kral ailəsinə bağlı şahzadələrin, nazirlərin, iş adamlarının və başqa rəsmi şəxslərin tutulması əməliyyatını həmin dəstə həyata keçirib.
Kral Salmana bağlı xüsusi ordu olaraq, fəaliyyətə başlayan briqada adını tarixdəki ikinici Səudiyyə Ərəbistanı dövlətinin qurucusu Türki bin Abdulla bin Məhəmməd əl-Səudun istifadə etdiyi qılıcından götürüb. Həmin ordunun qılıncında yazılirmış: “Əl-Saif əl-Ajrab” (tərcüməsi təxminən belədir: “Qılıcndan keçirilənlərin qanı ilə paslanmış qılınc”).
Yeni briqada xüsusi təlim görmüş 5 min hərbçidən ibarətdir.