Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.
FED.az xəbər verir ki, bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, ziyarətə yaşı 65-dən az, tam vaksinasiya kursu keçmiş şəxslər buraxılılacaq. Zəvvarlar eyni PCR testinin neqativ nəticəsini də təqdim etməli olacaqlar.
Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib. Ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir. (Qafqazinfo)