Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər Azərbaycandan 20 minə qədər insanı işlə təmin etməyə hazırdır.
«Səudiyyə Ərəbistanı Qarabağa investisiya yatırmaq niyyətindədir» - NAZİR
FED.az xəbər verir ki, bu, Bakıda keçirilən biznes forum çərçivəsində Səudiyyə Ərəbistanının “ARCO for human resources” şirkəti ilə Azərbaycanln "HRcell" İnsan resursları şirkəti arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulub.
Məqsəd məişət və biznes sahələrinə Azərbaycandan işçi qüvvəsini cəlb etməkdir. 24 aylıq əmək müqaviləsi əsasında həyata keçiriləcək bu işlər üçün aylıq əmək haqqı rekruitinq haqqına (500 ABŞ dolları) əlavə 850 ABŞ dollardan başlayır.
"HRcell" İnsan resursları şirkətinin direktoru Ağahüsyn Əliyev FED.az-a bildirib ki, "anlaşma memorandumuna görə, 2023-cü ildən başlayaraq 2030-cu ilədək 20 min nəfərin Azərbaycandan Səudiyyə Ərəbistanında işə götürülməsindən söhbət gedir. Müqavilə Səudiyyə Ərəbistanının aparıcı rekrutinq şirkəti olan «ARCO for human resources» ilə bağlanılıb. Bu şirkət Səudiyyə Ərəbistanının əmək bazarının böyük hissəsinə nəzarət edir. Sənədə əsasən Səudiyyə Ərəbistanının əmək bazarını böyütmək və bazarın yüksək tələbatını ödəmək üçün yerli məişət və biznes sahələrinə ixtisaslı insan resursları cəlb olunacaq".
Danışıqlar bir aya yaxındır ki, davam edirdi, artıq prosesə start vermişik. Artıq biz ilkin olaraq işə başlayacağımız müəyyən vakansiyalar da əldə eləmişik. Yenə də qeyd edim, bu uzunmüddətli bir layihədir və 2030-a qədər bu 20 min nəfərin işə qəbul olunması nəzərdə tutulur.