Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 20-dəhava əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.