Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 rayonda (Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab) 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.
FED.az xəbər verir ki, bununla bağlı Hacıqabul və Ucar rayonlarında keçirilən tədbirdə nazirinin müavini Mətin Kərimli 2018-ci ildə bu kateqoriyadan olanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilməsi planlaşdırılıb. Cari ilin ötən dövründə onlardan 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.
Eləcə də bax: Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə - DAHA 40 MƏNZİL VERİLİB
Ümumilikdə bu vaxta qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzil və fərdi ev verilib.