Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (sosial.gov.az) “Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək” adlı yeni bölmə yaradılıb.
Eləcə də bax: Daha bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə - Təmin Edildi
FED.az xəbər verir ki, bölmədə şəhid ailələri, müharibə əlilləri, veteranları və iştirakçılarına müvafiq statusların verilməsi qaydası, onların malik olduqları imtiyaz və sosial təminat hüquqları, sosial vəziyyətlərinə uyğun olaraq göstərilən dəstək tədbirləri və s. barədə məlumatlar təqdim edilir. Bu hüquqların təminatı, sosial dəstək tədbirləri ilə əhatə olunmaq üçün prosedurlar da diqqətə çatdırılır.