Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verib.
Qarabağda işləyən mütəxəssislərə birdəfəlik müavinətin - TƏYİNATINA BAŞLANILIB
FED.az xəbər verir ki, mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim olunub.
Tədbirdə qeyd olunub ki, bu il artıq 650, postmüharibə dövründə 5 150, ümumilikdə ötən dövrdə 13 950 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb.
Ölkə Prezidentinin tapşırığı ilə 2023-cü ildə ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu il artıq 650, postmüharibə dövründə 5 150, ümumilikdə ötən dövrdə isə 13 950 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Dövlət başçısının Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.