2023-cü ildə 118 min 398 nəfər işlə təmin edilib.
"10 min manata yaxın maaşı olan işlər olsa da, əksər hallarda az əməkhaqqılı vakansiyalar təqdim edilir"
FED.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu, ötən iki illə müqayisədə rekord göstəricidir.
“8.370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib. 2.751 nəfər kvota üzrə işlə təmin edilib. Əmək bazarının araşdırılması, bu sahədə beynəlxalq təcrübənij müqayisəli təhlili üzrə 20-dən çox istiqamət üzrə araşdırma edilib və təhlil hazırlayıb”,- deyə o bildirib. (Trend)