“Hesablama Palatası 51 əmək pensiyaçısına saxta pensiya təyinatının olması ilə bağlı məlumat açıqlamışdı. Bu təyinatlar 2013-cü ildə həyata keçirilib”.
İndeksləşdirmə əsasında artım gələn ilin əvvəlindən bütün pensiyalara - ŞAMİL OLUNACAQ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, həmin təyinatı aparan şəxslər hazırda fondda fəaliyət göstərmirlər. Bu məsələ prokurorluq orqanlarında araşdırılır.