Banner

Sosial

Sahil Babayevin yeni müşaviri – KİMDİR?

Sahil Babayevin yeni müşaviri – KİMDİR? | FED.az
16:19 12 Aprel 2021

FED.az Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə yeni müşavir təyin edilmiş Anar Bayramov haqqında məlumatı təqdim edir.

Bayramov Anar Məhərrəm oğlu 1975-ci ildə Bakıda anadan olub.

1991-ci ildə orta məktəbi medalla bitirib. Həmin ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Akademik Mir-Qasımov adına adlı təqaüd alıb. Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. ATU Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışmışdır.

1998-ci ildə ABŞ-da Geriatriya üzrə proqram bitirmişdir (Case Western Reserve University, Cleveland).

1998-ci ildən MediClub klinikasında həkim vəzifəsində çalışmışdır.

2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. Aspiranturanı bitirdikdən və elmi dərəcə aldıqdan sonra  Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının assistenti vəzifəsində çalışıb.

2002-ci ildən tibbi sığortada lider olan A-Group Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışmışdır.

Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilmişdi.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini almışdır.

2009-cu ildən 2021-ci ilin aprel ayının 10-dək A-Group Sığorta Şirkətinin İdarə Heyətinin Sədri olub. Bu müddət ərzində A-Group Sığorta Şirkəti stabil inkişaf, müştəri bazasının genişlənməsi, portfelin effektiv diversifikasiyası, müştəri yönümlü korporativ mədəniyyətin qurulmasına nail olmuşdur.

2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin Sədri, 2012-2017 illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) Prezidenti, 2017-2020 illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin Rəhbəri ictimai vəzifələrdə çalışmışdı.

2010-cu ildən etibarən Avropa Yenidəngurma və İnkişaf Bankının Turn Around Management (TAM) Programının ekspertidir.  

20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir.

Səhiyyə sistemi, sığorta, maliyyə üzrə onlarla beynəlxalq seminar, konfrans və treyninglərin iştirakçısı olub.

Ailəlidir. Iki övladı var.

 

Banner

Digər xəbərlər