“Hər hansı dövlətdə davamlı, dayanıqlı rifahın təmin edilməsi üçün əhalinin məşğulluğunu təmin etmək lazımdır”.
Eləcə də bax: Nazir: "Azərbaycanda kənd və meşə təsərrüfatı sahələri üzrə mütəxəssislər azdır"
FED.az bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Nizami Gəncəvi ili"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.
Nazir bildirib ki, bu çağırış bütün dövlətlərin qarşısında durub: “Əhali sayı artır. Azərbaycanda hər il 100 minə yaxın insan əmək bazarına daxil olur. Yəni, mövcud işsizliklə yanaşı, 100 min əlavə iş yeri də açılmalıdır. COVID dövrü bizə bir çox məsələləri çılpaqlığı ilə göstərib. Azərbaycanda distant, virtual, “freelanse” işə ehtiyac kəskin şəkildə artıb. Post COVID dövrü də insanların öyrəşdiyi davranışların davamı kimi gələcək. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada olan peşələrin təxminən 15 faizinə tələbat kəskin aşağı düşəcək. Yeni peşələrə ciddi ehtiyac ortaya çıxacaq”. (Apa)