Banner

Sosial

Sahil Babayev müşavirinə vəzifə verdi - YENİ TƏYİNAT

Sahil Babayev müşavirinə vəzifə verdi - YENİ TƏYİNAT | FED.az
08:17 24 May 2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev vəzifəsindən kənarlaşdırılıb.

FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə, Abbasbəyli Mustafa Aslan oğlu Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, bu ilin yanvar ayının 21-də Mustafa Abbasbəyli Azərbaycanın Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri təyin edilmişdi.

Eləcə də bax: Hər 3 nəfərdən birinin əvvəlki iş yerinin sənədlərinə çıxışı var​

©unikal.org

Digər xəbərlər

Banner