“Uşaq pulu ilə bağlı dəfələrlə açıqlama vermişəm, bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir”.
Eləcə də bax: "Uşaqpulu olsa korrupsiya ola bilər" - NAZİRDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
"Həmin həssas uşaqlar ünvanlı sosial yardım, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi”, - deyə nazir bildirib. (Apa)