Sosial

Sabahaın havası - MƏLUM OLDU

Sabahaın havası - MƏLUM OLDU | FED.az
14:04 1 İyul 2019

Ölkə ərazisində iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimalı var. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 23-24° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı bildirilir.

 

Digər xəbərlər

Banner