20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Fed.az “ASAN xidmət”in İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, yanvarın 21-dən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.