Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) RF-nin 5 şəhərindən Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilmiş icazələri geri çağırıb. FED.az bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir.
Eləcə də bax : Daha bir şirkət Azərbaycandan - UÇUŞLARA BAŞLAYIR
Qurumun martın 23-də keçirilmiş iclasının yekunları üzrə “İjavia” aviaşirkətinin Azərbaycana reyslər yerinə yetirməsi üçün verilmiş icazənin geri çağırılması ilə bağlı qərar qəbul edilib.
Daşıyıcının özünün imtina etməsi səbəbindən onun Həştərxan-Bakı (həftədə iki dəfə), Volqoqrad-Bakı (həftədə iki dəfə), Ulyanovsk-Bakı (həftədə iki dəfə), Rostov-na-Donu-Bakı (həftədə iki dəfə) reyslərini yerinə yetirməsinə verilmiş icazələr geri çağırılıb.
Bundan əlavə, “Rosaviasiya” “Red Wings” aviaşirkətinə Krasnoyarsk-Bakı reysinin (həftədə iki dəfə) yerinə yetirilməsi üçün verilmiş icazəni aviaşirkətin ərizəsi əsasında geri çağırıb.